C.Rassell: Heç nə bitməyib

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, performansları gözlədiklərindən zəifdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərini 8-ci yerdə bağlayıb.

Corc Rassell: “İndiyə kimi ən səliqəli cümə günü deyildi. Qəribədir. Sıralanma turu böyük ehtimalla yağışda olacaq. Bazar günü isə bizi fərqli hava şəraiti gözləyir. Buna görə də fərqli şeylər sınadıq və bu, test gününü xatırladırdı.

Gözlədiyimizdən geridəyik. Bir neçə problem yaşadıq. Lakin şənbə günü yeni gün olacaq. Eynilə bazar günü də. Hələ heç nə itirməmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*