Azərbaycan-2022: Yarış

Ferrari sıralanma turunda sürətli olsa da, Red Bull-un yarış tempində əsas rəqiblərini üstələməsi məlumdur. Ferstappen bura çempionatda Leklerdən 9 xal öndə lider kimi gəlib.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Serxio Peres, ikinci məşqlərdə isə Şarl Lekler hamıdan sürətli olub. Meksikalı sürücü dünən yenidən protokollara başçılıq edib. Məşqlərdə ciddi qəza olmayıb. Sıralanma turu isə vaxtından gec başlamaqla yanaşı, həm də qırmızı bayraqlarla dayandırılb. Lekler növbəti poulunu qazanıb.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Rikkardo, Okon, Bottas, Stroll və Şumaxer sərt, qalan hamı isə Medium təkərləri seçib.

Yarışa Lekler və Peres ilk, Ferstappen və Sayns ikinci cərgədən başlayıblar. Üçüncü cərgə isə Rassell və Qaslinin olub.

Startda Peres Lekleri üstələyərək liderliyə yüksəlib, Lekler sərt əylənmə etməli olub. Maqnussen Elbon və Strolla keçilib. Danimarkalı sürücü üçüncü dövrədə Stroll və Bottası qabaqlayıb. Latifi startda düzgün yerdə dayanmadığı üçün 10 saniyəlik Stop&Go cəzası verilib və sürücü bunu 4-cü dövrədə ödəyib. Maqnussen Elbonu da geridə qoyub.

Sayns 9-cu dövrədə ötürmələr qutusundakı problemə görə 4-cü döngədəki təhlükəsizlik zonasında dayanıb və yarışı yarımçıq saxlayıb. VTM rejimi elan edilib. Lekler, Rassell, Qasli, Həmilton, Fettel, Tsunoda, Çjou, Maqnussen və Albon dərhal yeni təkərlərə keçiblər və pit yolunda tıxac yaranıb. Leklerin maşınına xidmət edərkən gecikməyə yol verilib. 10-cu dövrədə ilk onluq: Peres – Ferstappen – Lekler – Rassell – Alonso – Norris – Rikkardo – Qasli – Okon – Fettel.

Fettel Okonu ötsə də, səhvə yol verib və yenidən geri düşüb. Bottas Çjounu keçib. Ferstappen 15-ci dövrədə Peresə hücumlar edib, komanda Serxiodan müqavimət göstərməməsini istəyib. Maks liderliyə yüksəlib. Maqnussen də Strollu qabaqlayıb. Çjou Bottasla mübarizədə yerini qaytarıb. Peres 16-cı dövrədə pit-stop edib və ləngidilib, lakin Rassellin önündə geri qayıda bilib. Həmilton Okonu keçib.

Latifi və Ferstappen 18-ci dövrədə təkər dəyişiblər. Maks ikinci yerdə trasa qayıdıb. Alonso bir dövrə sonra pit yoluna üz tutub. Daha sonra isə Strollu üstələyib. Leklerin mühərriki Bakı küçələrində cəmi 20 dəqiqə dözüb – monakolu sürücü maşını təhlükəsizlik zonasında çəkərək yarışı yarımçıq qoyub. Norris 21-ci dövrədə təkərlərini dəyişib, bir dövrə sonra Qasli Rikkardonu, Tsunoda isə Okonu ötüb. Çjou 24-cü dövrədə mühəndisin əmri ilə boksa gəlib və mübarizədən çəkilib.

Fettel Okonu ötüb, fransız sürücü daha sonra komanda yoldaşında dageri qalıb. Norris də Elbonu keçib. Britaniyalı sürücünün növbəti qurbanı da Bottas olub. Maqnussenin maşını 33-cü dövrədə tüstülənib və tras üzərində dayanıb. Növbəti VTM rejimi elan edilib. Red Bull sürücüləri dərhal növbəti pit-stoplarını ediblər. 35-ci dövrədə ilk onluq: Ferstappen – Peres – Rassell – Qasli – Tsunoda – Həmilton – Fettel – Alonso – Rikkardo – Norris.

Həmilton Tsunodanı geridə qoyub, yapon sürücünün maşınında DRS problemi meydana gəlib. O, problemin həll edilməsi üçün 39-cu dövrədə pitə gəlib. Ferstappenə də 41-ci dövrədə DRS-dən istifadə etməməklə bağlı göstəriş verilib, lakin Maks onsuz da lider olduğu üçün buna ehtiyac duymayıb. Həmilton 3 dövrə sonra Qaslini keçərək dördüncülüyə qalxıb. Stüardlar Latifiyə mavi bayraqlara məhəl qoymadığı üçün 5 saniyə cəza veriblər.

McLaren Rikkardoya Alonsonu ötməyi, əgər bu alınmazsa, cəhd üçün Norrisə yerini verməyi xahiş edib, lakin bu plan finişə qədər baş tutmayıb. Stroll da 48-ci dövrədə komandanın məsləhəti ilə yarışdan çəkilib. Ferstappen son dövrədə sürətli dövrə vurmağa çalışsa da, Peresin nəticəsinə çox cüzi fərqlə uduzub.

Beləliklə, Maks Ferstappen mövsümdə 5-ci, karyerasında isə 25-ci qələbəsini qazanıb. Bakıda bu dəfə də fərqli sürücü qalib gəlib. Serxio Peres ikinci olaraq komandaya qızıl qiymətində xallar qazandırıb, həm də sürücülər çempionatında ikinci yerə yüksəlib. Red Bull mövsümdə 3-cü, tarixində isə 20-ci dubla sevinib. Podiumun son pilləsinə isə Corc Rassell yüksəlib.

Mübarizə gələn həftəsonu Kanadada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:34:05.941 2
2 11 Serxio Peres Red Bull + 0:20.823 2
3 63 Corc Rassell Mercedes + 0:45.995 2
4 44 Lyuis Həmilton Mercedes + 1:11.679 2
5 10 Pyer Qasli AlphaTauri + 1:17.299 1
6 5 Sebastyan Fettel Aston Martin + 1:24.099 1
7 14 Fernando Alonso Alpine + 1:28.596 1
8 3 Daniel Rikkardo McLaren + 1:32.207 1
9 4 Lando Norris McLaren + 1:32.556 1
10 31 Esteban Okon Alpine + 1:48.184 1
11 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 1
12 23 Aleksander Elbon Williams +1 dövrə 2
13 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 2
14 47 Mik Şumaxer Haas +1 dövrə 2
15 6 Nikolas Latifi * Williams +1 dövrə 2

 

*  – Nikolas Latifi mavi bayraqlara məhəl qoymadığı üçün nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:46.046 (36-cı dövrə)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Aston Martin 48 mexaniki problem
Kevin Maqnussen Haas 33 güc qurğusu
Quanyu Çjou Alfa Romeo 24 mexaniki problem
Şarl Lekler Ferrari 20 güc qurğusu
Karlos Sayns Ferrari 9 hidravlika, ötürmələr qutusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Feerstappen Red Bull Racing 150
2 11 Serxio Peres Red Bull Racing 129
3 16 Şarl Lekler Scuderia Ferrari 116
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 99
5 55 Karlos Sayns Scuderia Ferrari 83
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 62
7 4 Lando Norris McLaren Racing 50
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 40
9 31 Esteban Okon Alpine F1 Team 31
10 10 Pyer Qasli Scuderia AlphaTauri 16
11 14 Fernando Alonso Alpine F1 Team 16
12 20 Kevin Maqnussen Haas F1 Team 15
13 3 Daniel Rikkardo McLaren Racing 15
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 13
15 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
16 23 Aleksander Elbon Williams Racing 3
17 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 2
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 279
2 Scuderia Ferrari Ferrari 199
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 161
4 McLaren F1 Team Mercedes 65
5 Alpine F1 Team Renault 47
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 41
7 Scuderia AlphaTauri Red Bull 27
8 Haas F1 Team Ferrari 15
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 15
10  Williams Racing Mercedes 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*