22 Noyabr 2019, Cümə - 09:28

K.Uilyams: “Bottasın Mercedes AMG-yə keçməsinə icazə verə bilərik”

K.Uilyams: “Bottasın Mercedes AMG-yə keçməsinə icazə verə bilərik”

Müəllif: Elçin Zodorov, redaktor

09:08 - 16 Dekabr, 2016

BBC Sports-a danışan Kler Uilyams komandanın gələcəyi üçün belə bir addım ata biləcəklərini qeyd edib.

Mercedes AMG-nin Niko Rosberqin yerinə Valtteri Bottası gətirmək istədiyi bildirilir. Komanda çempionluq seriyasını davam etdirmək üçün təcrübəli sürücüyə ehtiyac duyur.

F-1.az xəbər vermişdi ki, Mercedes AMG heyətini yanvarda – bayramlardan qayıdana qədər açıqlamayacağını bildirmişdi. Williams-ın texniki direktoru Pət Simonds da bildirib ki, Mercedes AMG-nin əsas namizədi Bottasdır.

Kler Uilyams: “Mercedes AMG kimi bir komandanın Nikonun əvəzinə əsas namizəd kimi Valtterini görməsi xoşdur. Valtteri bu idmanda ən istedadlılardan biridir və böyük komandaların da bunu hiss etməsinə görə qürur duyuruq. Lakin Williams-ın öz hədəfləri var. Komandanın irəliləməsi üçün bütün fürsətlərdən yararlanmalıyıq. Valtterinin ayrılmasına Massa kimi təcrübəli alternativ olacağı halda icazə verərik. Hansı qərarı versək də, ilk növbədə komandanı düşünüb verəcəyik”.

Qeyd edək ki, Williams-ın karyerasını bitirmiş Felipe Massa ilə daha bir il yarışması üçün danışıqlar apardığı bildirilir


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 519
Teqlər , , , ,
Paylaş

logo