Rəykkönenlə Bottas arasındakı insidentə cəza gəlməyib

F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə Rəykkönen Bottasa mane olmuş, onunla toqquşmaqdan yayınmaq üçün Mercedes-in sürücüsü trasdan çıxmalı olmuşdu. Məşqlər başa çatdıqdan sonra hər iki sürücü stüardların yanına çağırılmışdı.

Stüardlar telemetriyaları və danışıqları nəzərdən keçirdikdən sonra rəsmi bəyanat yayıblar: “Hər iki sürücü etiraf edib ki, üçüncü döngədə arxanın güzgüdən görünüşü olduqca məhduddur. Aralarındakı məsafə 100 km/saatdan çox sürətlə azalıb. Rəykkönenin reaksiya vermək üçün çox vaxtı olmadığından Bottasa mane olub. Həm də Kimi rəqibinə apeksdə güzəştə getməyə cəhd göstərib. Həm Rəykkönen, həm də Bottas bu fikirlərlə razılaşıb və heç bir cəza tədbiri görülməyəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*