Stella: MCL40-ın potensialını üzə çıxarmaq çox çətindir

Mövsümün ortasındakı uğurlardan sonra McLaren geri addım atıb - bu gün Ostində Lando Norris və Oskar Piastri yarışa yalnız dördüncü sıradan başlayacaq, lakin komandanın rəhbəri Andrea Stella hesab edir ki, podium tamamilə mümkündür.

Andrea Stella: “Sıralanmanın nəticələri hazırkı durumumuzu əks etdirib – komandalar arasında təxminən üçüncü və ya dördüncü yerdəyik. Aydındır ki, Lando tras hüdudlarını aşdığı üçün vaxtının silinməsi və finalda yaranan digər çətinliklər olmasaydı, start mövqeləri daha yüksək ola bilərdi.

Şərait mürəkkəb olub, külək və trasda dəyişən vəziyyət dövrələri cəhddən cəhdə eyni tempdə keçməyə və inkişaf etməyə imkan verməyib. Amma ümumilikdə nəticə ədalətlidir. Bilirik ki, MCL40-ın böyük potensialı var, lakin onu üzə çıxarmaq çox çətindir və bu da sürücülərə səhv etmək haqqı vermir. İstənilən kiçik qeyri-dəqiqlik, bunu sıralanma zamanı bir daha gördüyümüz kimi, baha başa gələ bilər.

İndi bütün diqqətimizi yarışa yönəltmişik. Təkərlərin aşınması və fərqli strategiya variantları itirdiyimizi qaytarmağa kömək edə bilər, amma bunun üçün yarışı ağıllı keçirmək və podium uğrunda mübarizə aparmaq üçün özümüzə şərait yaratmaq lazımdır. Dördüncü sıradan start alaraq ilk üçlükdə finiş görmək asan olmayacaq, amma əlimizdən gələni edəcəyik”.