Maks Ferstappen: “Sıralanma turunun finalı o qədər də yaxşı alınmadı. Yəni birinci və ikinci sessiyalar yaxşı keçdi, amma finalda hansısa səbəbdən hər iki təkər dəstində maşının balansı ürəkaçan olmadı.
Mən səhvə yol vermədim, amma maşında sadəcə ilişmə yox idi və o, çox sürüşürdü. Həlledici dövrə zamanı tempi artırmağa çalışdım, amma bəzi döngələrdə arxadan əsən külək mane oldu, sonra isə bir qabarın üzərindən keçdim və maşın kenquru kimi hoppandı, bundan sonra güclü sürüşmə baş verdi. Həmin anda mənim dövrəm korlandı.
Açığı, sıralanma turunun finalının necə alındığından narazıyam – hər şey heç də hesabladığım və gözlədiyim kimi olmadı. Amma startda ikinci yerim var, buna görə də bunu qəbul edirəm”.





