20 Avqust 2019, Çərşənbə axşamı - 16:54

K.Horner: “Ferstappen daha da güclü olacaq”

K.Horner: “Ferstappen daha da güclü olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

08:25 - 17 May, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, İspaniyaвф ilk qələbəsini qazanan Maks Ferstappen daha çox inkişaf edəcək.

F-1.az xatırladır ki, Ferstappen Rusiya yarışından sonra Daniil Kvyatı əvəz etmişdi və hollandiyalı sürücü Red-Bull-dakı ilk yarışında qalib gəldi. Bu eyni zamanda avstriyalıların 2014-cü ildən sonra ilk qələbəsi idi.

Horer bildirib ki, Ferstappen hər yarış bu cür performans göstərə bilməyəcək, amma o, yarışlara həyəcan qatır: “Yeni bir komandaya gəlib, sıralanma turunda 2-ci cərgəni qazanıb və daha sonra yarışı qazanırsansa, onda işlər daha sonra pis gedə bilər.

Ancaq mən düşünürəm ki, o, daha da güclənəcək. Təcrübə qazandıqca və bolidə öyrəşdikcə onun özünə olan inamı çoxalacaq.

Bunu yarışdan əvvəl də demişdim, indi də deyirəm: Formula1-dəki ən yaxşı sürücü heyəti hazırda bizdədir. İspaniya yarışı bunu sübut etdi.

Hər iki Red Bull sürücüsünün öndə olması onu göstərir ki, bizim əla heyətimiz var. Doğrudan da, fikirləşdiyimizdən də güclüyük.

Biz düşünürdük ki, mövsümün ikinci yarısında daha güclü olacayıq. Ancaq Çində podiuma çıxdıq, Barselonada isə yarış qazandıq. Mövsümün əvvəlində belə xəyal qurmurdum”.

Horner bildirib ki, Ferstappen Rəykkönenin təzyiqinə uğurla cavab verib və bu, onun nə qədər güclü sürücü olduğunu isbat edib: “Onun ən böyük xüsusiyyəti sakit olması idi. Onun güclü potensialı var.

Son 5 dövrəyə girəndə təkərlərimiz ömrünü bitirmişdi. Buna görə də hamımız çox gərgin idik. Kimi üstün və arxamızda olmasına baxmayaraq, Maks çox sakit idi və bizə dedi ki, “Çarliyə deyin ki, mavi bayraqlarla maraqlansın”.

Səsində həyəcan və ya panika yox idi. Gərgin deyildi. O, işini nəzarətdə saxlayırdı. Bolidə oturan gündən etibarən bunu etdi.

Boliddəki ilk sürətli dövrəsində 1:27.5 zaman nəticəsi göstərdi və ondan sonra səhv etmədi.

Mükəmməl performans göstərdi və bu. Red Bull üçün əla idi. 2014-cü ilin Belçika yarışından bəri qələbə qazana bilmirdik və bu qələbəni qazanarkən Diter Mateşiçin burada olması mükəmməl idi.

Eyni zamanda Formula1-də yeni gənc sürücü qalib gəldi. Bizim üçün həyəcanlı gün idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 367
Teqlər , , , , ,
Paylaş

logo