İspaniya-2023: Birinci sərbəst yürüşlər

Komandalar bir çox yeniliklərini ardıcıl şəhər traslarında baş tutan yarışlardan sonra Barselonaya gətiriblər.

F-1.az xəbər verir ki, sürücülərin əksəriyyəti trasa aerodinamik boyalarla çıxıb. Pirelli komandalara sınaqdan keçirmək üçün iki dəst yeni Hard dəsti verib, bunlar Silverstoundan başlayaraq istifadə olunacaq.

Trasın konfiqurasiyası bu il yenilənib – sonuncu şikana aradan qaldırıb, onun yerini yüksək sürətli bölmə alıb – hər kəs bu yeniliyə öyrəşməli olub. Dünən bir çox sürücü bu hissədə boyuna düşəcək yüksək təzyiqdən narahatçılıqlarını dilə gətiriblər. Maraqlıdır ki, təkcə Mercedes və Ferrari-də deyil, həm də Red Bull-da da son döngədən sonra müəyəyn yırğalanmadan şikayət ediblər.

Ferrari yenilikləri yalnız Saynsın maşınına yerləşdirib və bununla hər iki sürücünün işini müqayisə edərək effekti qiymətləndirməyə çalışıblar. Sessiya sakit keçib. Sürücülər trası bir az tərk ediblər. Sonlarda Qasli ötmə zamanı Sarcentlə təmas yaşayıb, lakin hər iki sürücü hərəkətə davam edib.

Məşqlər bu gün axşam davam edəcək.

BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1’14.606 32
2 11 Serxio Peres Red Bull 1’15.374 + 0:00.768 32
3 31 Esteban Okon Alpine 1’15.418 + 0:00.812 28
4 21 Nik de Friz AlphaTauri 1’15.504 + 0:00.898 27
5 10 Pyer Qasli Alpine 1’15.545 + 0:00.939 27
6 14 Fernando Alonso Aston Martin 1’15.547 + 0:00.941 24
7 20 Kevin Maqnussen Haas 1’15.689 + 0:01.083 22
8 16 Şarl Lekler Ferrari 1’15.694 + 0:01.088 28
9 55 Karlos Sayns Ferrari 1’15.726 + 0:01.120 27
10 63 Corc Rassell Mercedes 1’15.753 + 0:01.147 32
11 4 Lando Norris McLaren 1’15.783 + 0:01.177 25
12 44 Lyuis Həmilton Mercedes 1’15.845 + 0:01.239 29
13 24 Quanyu Çjou Alfa Romeo 1’15.906 + 0:01.300 24
14 22 Yuki Tsunoda AlphaTauri 1’15.915 + 0:01.309 27
15 18 Ləns Stroll Aston Martin 1’15.939 + 0:01.333 25
16 77 Valtteri Bottas Alfa Romeo 1’15.978 + 0:01.372 24
17 81 Oskar Piastri McLaren 1’16.353 + 0:01.747 26
18 27 Niko Hülkenberq Haas 1’16.461 + 0:01.855 28
19 2 Loqan Sarcent Williams 1’16.506 + 0:01.900 30
20 23 Aleksander Elbon Williams 1’16.630 + 0:02.024 28
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*