Ç.Uaytinq Braziliyada mətbuat konfransında iştirak edəcək

Sürücülərin mətbuat konfransında iştirak edəcək Çarli Uaytinq bu addımı Meksika Qran Prisində baş verənlərə görə atır.

F-1.az xatırladır ki, Meksika Qran Prisində Maks Ferstappenin yol verməməsinə qəzəblənən Sebastyan Fettel radio danışıqları zamanı emosiyalarını gizlədə bilməmiş, hətta Çarli Uaytinqin ünvanına nalayiq sözlər demişdi. Nəticəsinə 10 saniyə əlavə olunan sürücü yarışdan sonra Çarlidən üzr istəmiş, daha sonra isə həm ona, həm də Jan Todta üzrxahlıq məktubu göndərmiş, beləliklə də, əlavə cəza almaqdan qurtulmuşdu.

Dünən FİA tərəfindən göndərilən məktubda bildirilib: “FİA-nın yarış direktoru Çarli Uaytinq Meksika Qran Prisi haqqında danışmaq üçün cümə axşamı sürücülərlə təşkil olunacaq mətbuat konfransının ikinci hissəsində iştirak edəcək”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*