Saxir Qran Prisi: Birinci sərbəst yürüşlər

İlk məşqlər maraqlı vaxta təsadüf edib - ilk dəqiqələrdə günəş qürub etmiş olsa da, hava işıqlı olub, süni işıqlar yandırılıb, hava tədricən qaralmağa başlayıb.

F-1.az bildirir ki, peletonda 3 dəyişiklik olub və hamısı müvəqqəti xarakter daşıyır. Koronavirusa tutulmuş Həmiltonu gənc Rassell, onu isə Cek Eytken əvəzləyib. Pyetro Fittipaldi isə keçən yarışda yaralanan Qrojanın maşınını təhvil alıb.

Fərqli konfiqurasiyada sürücülər tez-tez dövrəvi nəticələri daha da yaxşılaşdırıblar. Eyni zamanda, tez-tez sıxlıq olub. Qasli 32-ci dəqiqədə qırılmış sağ gücgünü əli ilə tutaraq boksa gəlib və maşını mexaniklərə təhvil verib. 40-cı dəqiqədə trasda qırıntılar olduğu üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib, lakin bu, çox davam etməyib.

Sakit keçən sessiyada protokollara Corc Rassell başçılıq edib – 0:54.546. Məşqlər axşam davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes AMG 0:54.546 49
2 33 Maks Ferstappen Red Bull 0:54.722 + 0:00.176 29
3 23 Aleksander Elbon Red Bull 0:54.811 + 0:00.265 18
4 77 Valtteri Bottas Mercedes AMG 0:54.868 + 0:00.322 44
5 26 Daniil Kvyat AlphaTauri 0:55.011 + 0:00.465 40
6 10 Pyer Qasli AlphaTauri 0:55.166 + 0:00.620 37
7 31 Esteban Okon Renault 0:55.273 + 0:00.727 49
8 5 Sebastyan Fettel Ferrari 0:55.281 + 0:00.735 40
9 3 Daniel Rikkardo Renault 0:55.379 + 0:00.833 39
10 16 Şarl Lekler Ferrari 0:55.449 + 0:00.903 35
11 18 Ləns Stroll Racing Point 0:55.558 + 0:01.012 41
12 11 Serxio Peres Racing Point 0:55.716 + 0:01.170 33
13 55 Karlos Sayns McLaren 0:55.757 + 0:01.211 41
14 7 Kimi Rəykkönen Alfa Romeo 0:55.783 + 0:01.237 32
15 99 Antonio Covinatsi Alfa Romeo 0:55.858 + 0:01.312 35
16 4 Lando Norris McLaren 0:56.078 + 0:01.532 47
17 20 Kevin Maqnussen Haas 0:56.130 + 0:01.584 37
18 6 Nikolas Latifi Williams 0:56.764 + 0:02.218 48
19 51 Pyetro Fittipaldi Haas 0:57.077 + 0:02.531 24
20 89 Cek Eytken Williams 0:57.187 + 0:02.641 33
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*