Bəhreyn, 13.03.2021

Bu gün hava test günlərinin sayının az olmasını başa düşüb və daha əlverişli olub. Dünən qum fırtınasına görə sürücülər çətin anlar yaşamışdılar, lakin bu gün trasdakı qum xeyli təmizlənib.

F-1.az bildirir ki, komandalar proqramlarına ənənəvi olaraq, aerodinamik testlərlə başlayıblar. Sonra isə təkərlərin və sazlanmaların yoxlanmasına keçiblər. Ciddi texniki problemlər olmayıb və Fetteldən başqa hamı uzun məsafə qət edə bilib.

Bugünkü tapşırıqlardan biri də, Pirelli-nin yeni təkərlərini yoxlamaq olub ki, komandalar azalan asfaltayatma qüvvəsinə görə təkərlərdən daha səmərəli istifadə üçün yeni yanaşmalar tapmalıdırlar.

Günün ilk hissəsi səhvsiz ötüşməyib – Həmilton güclü küləyə görə yerində fırlanıb və trasdan çıxıb. Qırmızı bayraqlar dalğalanıb, onun çınqıllığa düşmüş maşını təxliyə edilib, qısa müddətdən sonra sessiya davam edib. Latifi də eyni səhvə yol verib, lakin maşını boksa çatdıra bilib. Sayns da trasdan çıxıb.

Nahardan sonra küləyin gücü aşağı düşüb və səhvlərin sayı da azalıb. Fettel ötürmələr qutusundakı problemlə qarşılaşıb, Bottas bir gün əvvəl eyni səbəbə görə xeyli vaxt itirmişdi. Alman sürücü yalnız son dəqiqələrdə trasa çıxa bilib və cəmi 10 dövrə vurub. Günün ikinci yarısı isə onu Stroll əvəzləyib və Fettel üçün gün demək olar ki, boş keçib.

Alonso bu gün ilk dəfə Alpine-ni sınaqdan keçirib. İspan sürücünün proqramı zənginliyi ilə seçilib və səhər trasa ilk çıxan sürücülərdən biri olub. O, 100-dən çox dövrə vuraraq yaxşı formada olduğunu göstərib. Sürücülər sonlara doğru pit-stop simulyasiyası üzərində işləyiblər.

Günün sonuna saat yarım qalmış qırmızı bayraqlar yenə sürücüləri dayandırıb – Peres və Latifinin maşınları təmas edib. Maşınlardan qopan qırıntılar yığışdırıldıqdan sonra sürücülər yenidən trasa çıxıblar.

Valtteri Bottas yumşaq təkərlərlə ən sürətli dövrəni vurub – 1:30.289. Digərləri isə buna cəhd etməyiblər. Latifi isə günün ən çox məsafə qət edən sürücüsü olub. Qeyd edək ki, o və Covinatsi artıq test proqramlarını başa vurublar və sabah – testlərin son günündə iştirak etməyəcəklər.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 77 Valtteri Bottas Mercedes AMG 1:30.289 58 С5
2 10 Pyer Qasli AlphaTauri 1:30.413 + 0:00.124 87 С5
3 18 Ləns Stroll Aston Martin 1:30.460 + 0:00.171 71 С5
4 4 Lando Norris McLaren 1:30.586 + 0:00.297 52 С4
5 99 Antonio Covinatsi Alfa Romeo 1:30.760 + 0:00.471 125 С5
6 16 Şarl Lekler Ferrari 1:30.886 + 0:00.597 73 С5
7 6 Nikolas Latifi Williams 1:31.672 + 0:01.383 132 С4
8 11 Serxio Peres Red Bull 1:31.682 + 0:01.393 117 С2
9 3 Daniel Rikkardo McLaren 1:32.215 + 0:01.926 52 С3
10 14 Fernando Alonso Alpine 1:32.339 + 0:02.050 128 С2
11 22 Yuki Tsunoda AlphaTauri 1:32.684 + 0:02.395 57 С4
12 47 Mik Şumaxer Haas 1:32.883 + 0:02.594 88 С4
13 55 Karlos Sayns Ferrari 1:33.072 + 0:02.783 56 С3
14 9 Nikita Mazepin Haas 1:33.101 + 0:02.812 76 С4
15 44 Lyuis Həmilton Mercedes AMG 1:33.399 + 0:03.110 58 С2
16 5 Sebastyan Fettel Aston Martin 1:38.849 + 0:08.560 10 PR
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*