Bəhreyn-2020: Üçüncü sərbəst yürüşlər

Formula2 yarışından sonra trasın vəziyyəti xeyli düzəlib. Buludlu havaya görə temperatur bir qədər aşağı olub və sürücülər axşamkı sıralanma turu ilə eyni hava şəraitində işləmə fürsəti əldə ediblər.

F-1.az bildirir ki, səhər Kvyat və Latifi yeni güc qurğusuna keçiblər, lakin onlara startda yer itirmə cəriməsi verilməyəcək. Elbonun dünənki qəzasından sonra monokoku tamamilə dəyişdirilib.

FİA dördüncü döngədə trasdan tam çıxmaya görə nəticənin sayılmaması qərarını ləğv edib və bu da sürücülərə sürətlənməyə imkan verib.

Ferstappenin maşınında DRS sistemində problem yaranıb. Sürücü 2 dəfə boksa gəlsə də, bu, aradan qalxmayıb. Lakin bu problem Maksın sessiyanın ən sürətlisi dövrəsini vurmasına mane olmayıb – 1:28.355.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:28.355 11
2 44 Lyuis Həmilton Mercedes 1:28.618 + 0:00.263 12
3 77 Valtteri Bottas Mercedes 1:28.721 + 0:00.366 14
4 23 Aleksander Elbon Red Bull 1:29.018 + 0:00.663 12
5 55 Karlos Sayns McLaren 1:29.455 + 0:01.100 12
6 10 Pyer Qasli AlphaTauri 1:29.472 + 0:01.117 16
7 4 Lando Norris McLaren 1:29.567 + 0:01.212 8
8 26 Daniil Kvyat AlphaTauri 1:29.585 + 0:01.230 17
9 18 Ləns Stroll Racing Point 1:29.660 + 0:01.305 13
10 11 Serxio Peres Racing Point 1:29.672 + 0:01.317 12
11 3 Daniel Rikkardo Renault 1:29.684 + 0:01.329 9
12 31 Esteban Okon Renault 1:29.691 + 0:01.336 11
13 5 Sebastyan Fettel Ferrari 1:29.859 + 0:01.504 15
14 99 Antonio Covinatsi Alfa Romeo 1:29.970 + 0:01.615 10
15 16 Şarl Lekler Ferrari 1:30.183 + 0:01.828 14
16 63 Corc Rassell Williams 1:30.559 + 0:02.204 16
17 8 Roman Qrojan Haas 1:30.652 + 0:02.297 16
18 20 Kevin Maqnussen Haas 1:30.759 + 0:02.404 12
19 7 Kimi Rəykkönen Alfa Romeo 1:30.823 + 0:02.468 16
20 6 Nikolas Latifi Williams 1:30.917 + 0:02.562 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*