M.Ferstappen hər şeydən razıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB18 yaxşı işləyir.

F-1.az xatırladır ki, nideralndlı sürücü cümə sərbəst yürüşlərinin ən sürətlisi olub.

Maks Ferstappen: “Boliddə özümü yaxşı hiss elədim. Burada mövsümöncəsi testlər keçirməyimiz bizə üstünlük gətirdi. Boliddə özümü yaxşı hiss etdim. Boliddə bəzi şeyləri sınaqdan keçirdik və hər şey yaxşı işləyirdi. Bizim üçün yaxşı gün oldu. Çox xoşbəxtəm.

Bolidimiz həm dolu, həm də boş çəndə yaxşı işlədi. Daha yaxşını etmək istədik, amma hər şeydən razıyıq. Ferrari ilə bizi yaxın mübarizə gözləyir. Çox həyəcanlıyam. Lakin bütün rəqiblərimiz mühərriklərinə tam açanda hamının əsas performansı üzə çıxacaq. Biz də tam qüvvəmizlə yarışmadıq. Əsl güclər sıralanma turunda üzə çıxacaq. Vəziyyətimiz yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*