M.Ferstappen: Darıxdırıcı yarış oldu

Red Bull komandasının sürücüsü Maks Ferstappen yarışın çox darıxdırıcı keçdiyini deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa başladığı kimi – 3-cü yerdə bitirib. Yarışın sonlarında təkər problemi yaşayan gənc sürücü nəticədə Rikkardonun önündə qalaraq, bu il ardəcıl altıncı podiumunu əldə edib.

Maks Ferstappen: “Düzünü desəm, darıxdırıcı idi. Maraqlı yarış deyildi. Əlimizdən heç nə gəlmirdi. Mercedes-lə mübarizə aparmaq mümkünsüz idi. Sonlarda təkərləri qorumaq üçün yavaşlamalı oldum. Buna görə də həzz almadım. Medium təkərlər asfaltla ilişmədə zəif idi. Valtteriyə çatmağa çalışırdım. Daha sonra sürətləndi və ona yaxınlaşmaq mümkün olmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*