M.Ferstappen zədələnib

Red Bull komandasının sürücüsü Maks Ferstappen həftənin dprdüncügünü sağ əlini zədələyibmiş.

F-1.az xatırladır ki, niderlandlı sürücü dünən Britaniyadakı sıralanma turunda poul qazanıb. Bununla da o, ardıcıl 5-ci poulunu əldə edib.

25 yaşlı sürücü sıralnama turundan sonra əli bandajlı görünüb. O, bu haqda danışıb və bildirib ki, həftənin dördüncü günü barmağını zədələyib, amma bu hal onun performansına təsir etmir.

Maks Ferstappen: “Sadəcə barmağımı bir az burxdum. Əlim məni bir az narahat edirdi. Şənbə günü daha yaxşı olsa da, əvvəlcə bir az incidirdi. Amma indi amamilə axşıyam. Zədənin səbəbini bilmirəm. Dördüncü gün səhər oldu. Bəlkə də əlimi səhv yerə qoydum ya da səhv hərəkət etdim. Çox qəribədir.

Sükan arxasında olanda bu barədə düşünmürəm. Cümə günü çətin olsa da, bu gün çox yaxşı hiss etdim”.

Qeyd edək ki, niderlandlı sürücü hazırda çempionatda liderdir və o, ən yaxın Peresdən 81 xal öndədir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*