C.Rassel: “Zandfortu Ferstappenə görə qaytardılar”

Williams komandadsının sürücüsü Corc Rassel bildirib ki, Hollandiya yarışı Maks Ferstappenə görə təqvimə qayıdıb.

F-1.az xatırladır ki, Hollandiya gələn il Zantfort trası ilə idmana qayıdacaq.

Corc Rassel: “Zadfort trasından ötrü ölürəm. Sürmək üçün ən yaxşı traslardan biridir. Məncə, dünyadakı ən yaxşı 5 trasdan biridir. Amma oradakı yarışlar Monakodan da pis olacaq. Lakin hamı Monakoda nə baş verəcəyini bilir. Avstraliyada da ötmələrin az olduğunu bilir. İndi Zandfort da bu siyahıya əlavə olundu. Bu reallığı qəbul etməliyik. Oraya Maks və onun hollandiyalı fanları üçün gedəcəyik. Lakin Formula1 azarkeşsiz indiki kimi ola bilməzdi. Buna görə də hörmət etməliyik. Gözəl trasdır. Ümid edirəm ki, çınqıllı sahələri götürməzlər. Çünki orada sürmək həyəcan verir. Lakin yarışmaq mümkünsüzdür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*