S.Peres qara zolaqdan çıxmaq istəyir

Red Bull komandasının sürücüsü Serxio Peres Hollandiya yarışında podiuma yüksəlmək istəyir.

F-1.az xatırladır ki, meksikalı son 3 yarışdan xalsız qayıdıb.

Serxio Peres: “Elə bil ki, uzun müddətdir yarışmıram. Zandfortda startdakı işıqları səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, podiuma yüksələrəm. Hər şeyin qaydasında getməsi üçün əlimizdən gələni edirik.

Simulyatorda bir az sürmüşəm və Zandfort trası barədə yaxşı təəssüratlarım var. Trasda real sürmək üçün səbirsizliklə gözləyirəm. Azarkeşləri məmnun etmək üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*