Almaniya-2018: Birinci sərbəst yürüşlər

Komandaların əksəriyyəti yebiliklər gətirib və məşqlərə aerodinamik testlərlə başlayıblar. İki komanda ehtiyat sürücünün köməyindən istifadə edib - Force İndia-da Esteban Okonu Nikolas Latifi əvəzləyib, Sauber isə Markus Erikssonun maşınını Antonio Covinatsiyə həvalə edib.

F-1.az bildirir ki, startdan yarım saat sonra Covinatsinin maşınının motor qapağı pit-leynin çıxışında düşüb. Marşallar onu operativ şəkildə yoldan götürüblər, gənc sürücü dövrəsini tamamlayıb boksa qayıdıb. McLaren bokslarında sessiya başladıqdan sonra da gərgin iş gedib – mexaniklər hər iki maşına yeniliklərin yerləşdirilməsi ilə məşğul olublar və sürüclər sessiyanın böyük hissəsini itiriblər.

Karlos Sayns maye sızıntısına görə işini vaxtından əvvəl dayandırıb. Bir saatın tamamında Hülkenberq yüksək sürətlə çınqıllığa düşüb, lakin idarəetməni itirməyib və trasa qayıda bilib.

Protokollara Lyuis Həmiltonu cəmi 0.004 saniyə üstələyən Daniel Rikkardo başçılıq edib – 1:13.525. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 1. Д.Риккардо Red Bull 1:13.525 22
2 44 Lyuis Həmilton Mercedes AMG 1:13.529 + 0:00.004 29
3 33 Maks Ferstappen Red Bull 1:13.714 + 0:00.189 34
4 5 Sebastyan Fettel Ferrari 1:13.796 + 0:00.271 23
5 77 Valtteri Bottas Mercedes AMG 1:13.903 + 0:00.378 30
6 7 Kimi Rəykkönen Ferrari 1:14.267 + 0:00.742 24
7 8 Roman Qrojan Haas 1:14.691 + 0:01.166 29
8 20 Kevin Maqnussen Haas 1:14.853 + 0:01.328 28
9 16 Şarl Lekler Sauber 1:15.097 + 0:01.572 25
10 27 Niko Hülkenberq Renault 1:15.282 + 0:01.757 32
11 11 Serxio Peres Force İndia 1:15.415 + 0:01.890 29
12 14 Fernando Alonso McLaren 1:15.544 + 0:02.019 13
13 18 Ləns Stroll Williams 1:15.629 + 0:02.104 32
14 55 Karlos Sayns Renault 1:15.769 + 0:02.244 10
15 28 Brendon Hartli Toro Rosso 1:15.864 + 0:02.339 36
16 35 Sergey Sirotkin Williams 1:15.876 + 0:02.351 34
17 34 Nikolas Latifi Force İndia 1:16.023 + 0:02.498 27
18 10 Pyer Qasli Toro Rosso 1:16.071 + 0:02.546 32
19 36 Antonio Covinatsi Sauber 1:16.136 + 0:02.611 23
20 2 Stoffel Vandorn McLaren 1:16.149 + 0:02.624 14
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*