Red Bull komandası Renault motorçularından yenilik gözləyir

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onlar Kanada yarışına qədər Renault mühərriklərində yenilik gözləyirlər..

F-1.az xatırladır ki, Renault mühərrikləri qış tətilində yarım saniyə sürətləniblər və hazırda ehtiyatda ən çox təkmilləşmə balı olan istehsalçıdır.

Daniel Rikkardo: “Biz hiss edirik ki, mühərrikdə inkişaf var, amma hələ elə də böyük bir addım atmamışıq. 5 və ya 10 at qüvvəsi inkişaf etdiyimiz zaman elə də böyük fərq olmur. Belə olan halda, ayağımızı qaza basanda sürətdə elə də böyük fərq hiss etmirik.

Amma maksimum sürətdə və düzlüyün sonunda daha çox güc olduğunu hiss edirəm. Yəni ki, düzlüklərin sonunda gücümüzü qoruya bilirik.

Biz Kanadaya qədər düzgün addımlar atmalıyıq.

Ümid edirəm ki, performansımız artacaq və boynumda daha çox yüklənmə hiss edəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*