K.Horner sürücülərindən razıdır

Red Bull komandasını rəhbəri Kristian Horner sürücülərinin Hokkenhaymdakı performansından məmnun qalıb..

F-1.az xatırladır ki, Red Bull sürücüləri yarışa 3-cü və 4-cü yerdən başlamışdılar. Amma həm Rikkardo, həm də Ferstappen startda Rosberq keçərək, yarışı 2-ci və 3-cü yerlərdə bitirdilər.

Qeyd edək ki, Red Bull bu yarışdan sonra Ferrari-ni mühəndislər kubokunda 14 xal qabaqlayaraq, 2-ci yerə yüksəldi.

Kristian Horner: “Doğrudan da mükəmməl performans idi. Sürücülərimizi təbrik edirəm. Rosberqi qabaqlaya bildik və Həmiltonun rahatlıqla qazanmasına icazə vermədik. İkisi də əla start aldı. Yarışdan əvvəl hədəfimiz Ferrari-ləri qabaqlamaq idi. Amma yarışda gördük ki, Mercedes-lərlə də mübarizə apara bilərik. Buna görə də Rosberqi geridə saxlamaq üçün bəzi strateji həmlələr etdik və bu bizdə yaxşı işlədi. Ümumilikdə mükəmməl gün idi.

Komanda olaraq buna layiq idik. Hamı enerjisini toplayacaq və qalan 9 yarışda rəqatədavamlı olacayıq. Mövsümün əvvəlində yay tətilinı 2-ci yerdə gedəcəyimiz ağlıma gəlməzdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*