Y.Lammers: Ferstappen 2022-də dominantlıq etməyib

F-1.az xəbər verir ki, sabiq F1 pilotu Lammers bu il çempion olan Maks Ferstappenin çıxışını yüksək qiymətləndirir və onun bütün mövsümboyu dominantlıq etmədiyini düşünür.

Yan Lammers: “Bəli, əslində Maks Verstappen çox çalışmalı idi. Bu mövsümün nə qədər xüsusi olduğunu tam dərk edib-etmədiyimizi bilmirəm. Əlbəttə ki, Maks 15 qələbə qazandı və bu, həqiqətən də xüsusi bir şeydir. Adətən belə rekordlar dominantlıq yolu ilə əldə edilir, lakin bu rekordun xüsusi tərəfi odur ki, Maks 2022-ci ildə dominantlıq etməyib. Son bir neçə yarış asan görünsə də, yenə də qələbələr üçün mübarizə aparmalı olurdu və mövsümün başlanğıcı müəyyən çətinliklərlə müşayiət olundu. Düşünürəm ki, hər bir avtoidman həvəskarı bunlara canlı şahidlik etdiyinə görə minnətdar olmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*