M.Ferstappen əhvalını pozmur

Red Bull komandasının sürücüsü Maks Ferstappen ikinci olmasına baxmayaraq, əhvalını pozmur.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdə başlasa da, Lekleri keçərək, liderliyi əlinə almışdı. Lakin komandası onu pitə aldıqdan bir dövrə sonra təhlükəsizlik maşını trasa çıxıb və buna görə də 25 yaşlı pilot komanda yoldaşı Peresin arxasına düşərək, finişə ikinci yerdə çatıb.

Maks Ferstappen: “Təhlükəsizlik maşınına görə bəxtimiz gətirmədi. Rejimdən sonra yenidən son həddə sürməli oldum. DRS-yə düşmək üçün Peresə yaxın olmağa çalışdım. Ancaq təkərlər çox qızırdı.

Peresi izləməyə çalışırdım, amma stabil formada balans tapa bilmirdim. Buna görə də sazlanmalarla oynamağa başladım. Bu problem həll olunandan sonra 10 dövrə yaxşı getdim, amma fərq çox idi. Yarış ərzində çox şey öyrəndik. Komanda olaraq yaxşı nəticə qazandıq.

Bakıdan sonrakı yarış Mayamidir. Mayami əvvəlki traslardan çox fərqli olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*