E.İrvayn: Ferstappen ən sürətli sürücüdür

Sabiq Formula1 sürücüsü Eddi İrvayn düşünür ki, hazırda Ferstappen ən sürətli, Həmilton isə ən yaxşı sürücüdür.

F-1.az xatırladır ki, hazırda iki sürücü arasında çempionluq uğrunda mübarizə gedir və Maks 4 xal fərqlə turnir cədvəlinin zirvəsindədir.

Eddi İrvayn: “2021-ci il mövsümü mükəmməl keçir. Qətiliklə deyə bilərəm ki, Ferstappen hazırda ən sürətli sürücüdür. Lyuis isə ən yaxşısıdır. İkisinin mübarizəsini izləmək gözəldir.

Ferstappen artıq hər şeyi bir araya gətirə bilir. O, həmişə sürətli olub və komanda yoldaşlarına qarşı hegemonluq edib. Heç bir komanda yoldaşı ona yaxınlaşa bilməyib. Bir az Mixael Şumaxerə bənzəyir. Lyuis bəzən komanda yoldaşlarının gerisində qalıb. Buna görə də ən böyük istedad elə Maksdır. Lyuis isə əsl peşəkardır və zəif nöqtəsi azdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*