M.Ferstappen: “Qalib gəlmək gücündə deyilik”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, komandası Mercedes və Ferrari kimi güclü deyil.

F-1.az xatırladır ki, Red Bull komandası qış testlərində Ferrari, Mercedes və Williams-dan sonra ən sürətli 4-cü komanda olmuşdu. Hamı yeni qaydalardan sonra Red Bull-dan sürətli bolid gözləsə də, Ferstappen gözləntiləri yüksək tutmur: “Nəyə qadir olduğumuzu görmək üçün gözləməliyik. Hazırda qələbə üçün mübarizə aparacaq gücdə deyilik. Mövsüm ərzində çox şey dəyişə bilər, amma hazırda qazanacaq gücdə deyilik.

Sözün açığı, Ferrari keçən ilə nisbətən inkişaf edib. Mercedes isə böyük ehtimalla gücünü gizlətdi. Son illərdə həmişə belə olub. Bizim neçənci olduğumuzu demək çətindir. Hazırda ən güclü olduğumuzu düşünmürəm. Gözləyək görək.

Avstraliyadakı sıralanmadan sonra əsl performansımızı görəcəyik. Oraya poul qazanmaq üçün getmirik. Hazırda Mercedes və Ferrari bizdən sürətli görünürlər. Ümid edirəm ki, keçənilki kimi temp tutarıq. Amma istədiyimiz yerə çatmaq üçün çox işləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*