Ferrari 3 yerə işçi axtarır

Ferrari komandası Mattia Binottonun gedişindən sonra üç yerə işçi axtarır.

F-1.az xatırladır ki, Binotto komanda rəhbərliyindən istefa verib. Lakin belə görünür ki, Ferrari-də idarəetmə sistemində yenidənqurma olacaq. Çünki Ferrari üç yerə – baş idarəçi, komanda rəhbəri və texniki direktor – işçi axtarır.

Binotto rəhbər olarkən komandada texniki direktor yox idi. Hər şöbənin bir rəhbəri var idi və Binotto onları təftiş edirdi. Demək olar ki, texniki direktor vəzifəsini də Mattia görürdü və hər qərara nəzarət edirdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*