N.Rosberq: “Ferrari-nin məğlubiyyətinə təəccüblənmədim”

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Ferrari-nin çempion ola bilməməsi onu təəccübləndirməyib.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün ilk yarısını Fettellə çempionata liderlik etsələr də, mövsümün ikinci yarısında səhvlərə və etibarlılıq problemlərinə görə çempionluğu əldən vermişdilər.

Niko Rosberq: “Ferrari gözəl mövsüm keçirdi. Əksəriyyət onlardan böyük addım gözləmirdi. Güclü olsalar da, Mercedes-i məğlub etməyin çətin olacağını bilirdim. Mercedes-in tempi bir az da artıraraq Ferrarini məğlub etməsi məni təəccübləndirmədi. Ferrari gələn il də güclü olacaq, amma Mercedes-i məğlub edəcək gücdə olarlarmı, bilmirəm. Məncə, aralarında ciddi fərq var və çox işləməlidirlər. Ümid edirəm ki, ön qrupda fərqlər bağlanar və rəqabət görərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*