Rafael Kamara: “Mənə bu imkanı yaratdığı üçün Haas komandasına minnətdaram, həmçinin daimi dəstəyinə görə Ferrari-yə təşəkkür etmək istəyirəm.
Braziliyada məni Formula 1-də debüt gözləyir və bu, həqiqətən də xüsusi bir məqamdır. Başa düşürəm ki, öyrənməli olduğum çox şey var və əsas diqqəti komanda ilə sıx əməkdaşlığa yönəltməli, maşının xüsusiyyətlərini öyrənməli və bu həftəsonunu mümkün qədər yaxşı keçirməyə çalışmalıyam”.





