Mini San Pauluda Qaslini ilk sərbəst yürüşdə əvəz edəcək

Qabriele Mini Alpine-in sükanı arxasına San Pauluda qayıdacaq. O, birinci sərbəst yürüşlər sessiyasında Pyer Qaslini əvəz edəcək. Keçən mərhələdə, Mexikoda italiyalı sürücü Formula1-də debüt edib və birinci məşqdə Franko Kolapintonu əvəz edib.

Qabriеле Mini: “Ardıcıl ikinci həftəsonu A526-nın sükanı arxasına keçəcəyim üçün çox şadam, bu dəfə Pyerin maşınına. Keçən həftəsonu Mexikoda ilk dəfə Formula1-in rəsmi sessiyasında iştirak etdim və bu, möhtəşəm təcrübə idi. Şadam ki, bu həftə işimi davam etdirə biləcəyəm.

İnterlaqosda sessiyanı yaxşı keçirməyə çalışacağam, çünki bu tras Meksika trasdan xeyli fərqlənir. Ümid edirəm ki, komanda üçün faydalı məlumatlar toplaya və təcrübə qazanmağa davam edə biləcəyəm.

Bu imkana görə bir daha bütün komandaya təşəkkür edirəm. San Pauluda trasa qayıtmağı səbirsizliklə gözləyirəm”.