Honda Racing-in baş mühəndisi və trasda yarış briqadasının rəhbəri Şintaro Orihara etiraf edib ki, Yaponiya istehsalçısı yüksək dağlıq ərazidə yerləşən trasda güc qurğusunun soyutma sisteminə düşəcək yükün nə qədər ciddi olacağını yetərincə düzgün qiymətləndirməyib.
Şintaro Orihara: “Bilirdik ki, Mexikoda dəniz səviyyəsindən böyük hündürlük səbəbindən soyutma sistemi digər trasla müqayisədə əlavə yüklənmə ilə üzləşəcək. Ancaq ERS-in soyutma konturuna düşən yük gözlədiyimizdən daha yüksək oldu. Məhz buna görə müxtəlif sessiyalarda maşınları trasda saxlamağa məcbur olduq.
Məşqlərdə kifayət qədər çox dövrə vura bilməyimizə baxmayaraq, problemlər həm sıralanma turunda, həm də yarışda üzə çıxdı.
Bu il hər mərhələdə 2027-ci ilə hazırlaşmağa kömək edəcək dərslər çıxarmalıyıq, hətta bu dərslər asan başa gəlməsə belə. Gələn il bu trasda, o cümlədən turbo gecikməsi ilə bağlı istifadə edə biləcəyimiz çoxlu məlumat toplamışıq. Həll yolları üzərində işləyəcəyik”.





