Fernando Alonso: “Güc qurğusunu qorumaq üçün əlimizdən gələni edib, amma Meksikoda onun üzərinə çox böyük yüklənmə düşür. Hətta gördüyümüz tədbirlər də kifayət etməyib, buna görə də yarışı dayandırmalı olduq.
Sıralanma turunda cəmi iki dövrə vurub, amma ən çox təəssüf doğuran yarışda mübarizəni dayandırmaqdır, çünki hər üç məşq normal keçib və biz çoxlu dövrə vurmağa imkan tapmışdıq. Amma həlledici məqam çatanda, sıralanma turu və yarışda artıq kifayət qədər dövrə vura bilmədik.
Bu, öyrənmə prosesinin bir hissəsidir. Ümid edirəm ki, bu uik-enddən vacib dərslər çıxaracağıq. Düşünürəm ki, dəniz səviyyəsindən yüksəklikdə yerləşmənin güc qurğusunun işini nə dərəcədə çətinləşdirəcəyini lazımınca qiymətləndirməmişik”.





