F.Alonsonun məşqləri davam edir (video)

Bu gün McLaren komandasının sürücüsü Fernando Alonsonun İndianapolisdə məşqləri davam edib.

F-1.az xatırladır ki, komandasının zəif formada olmasını əsas götürən ispaniyalı sürücü Monako Qran Prisində iştirakdan imtina etməklə okeanın o biri tayına üz tutub. Alonso əfsanəvi İndianapolis trasında 500 millik marafonda gücünü sınayacaq.

Dünənki məşqləri 19-cu yerdə tamamlayan ikiqat dünya çempionu bu gün trasda sürət üzərində işləməyib, günün ən böyük məsafəsini (117 dövrə) qət edən sürücü 40.7187 saniyəlik nəticə ilə 24-cü olub. Məşqləri aşağıdakı videodan tam izləmək olar.

 

Hərçənd, Alonso İndianapolisdə yalnız İndyCar maşınını test eləmir. Paddokda ispaniyalı sürücü başqa bir təkərli vasitəni də sınaqdan keçirib. Heç də pis alınmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*