F.Massa: Alonso çətin adam idi

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, karyerası ərzində işlədiyi ən çətin komanda yoldaşı Fernando Alonso olub.

F-1.az xatırladır ki, braziliyalı sürücü 14 illik Formula1 karyerası ərzində Jak Vilnöv, Mixael Şumaxer, Kimi Rəykkönen və Fernando Alonso kimi çempionlarla komanda yoldaşı olub.

Felipe Massa: “Ən çətin komanda yoldaşım Alonso idi. Hər şeydən əvvəl çox güclü pilot idi və bu haqda başqa bir söz demək olmaz.

Lakin onunla işləmək çətin idi. Komandanı iki yerə bölmüşdü. Bu da komanda üçün yaxşı olmadı. Mənim üçün də… Özümü zəif hiss edirdim. Bu da çətin idi. Amma bu mənim üçün dərs oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*