F.Alonso: “Həmilton güclü bolid hesabına rekord qırır”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Lyuis Həmilton poul rekordunu dominant bolid hesabına təkrarlayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Belçikada karyerasının 68-ci poulunu qazanaraq, Şumaxerin rekordunu təkrarlamışdı. 32 yaşlı sürücü yarışdığı hər mövsümdə ən az bir poul qazana bilibdir. Həmilton qazandığı poulların 26-nı 2007-2012-ci illərdə McLaren-də, 42-ni isə hazırkı komandası Mercedes ilə qazanıb.

Fernando Alonso: “Onu təbrik edirəm. Poul sayında çox yaxşı vəziyyətdədir. Şənbə günü təkrarladığı bu rekordda güclü bolidin çox böyük payı var. Əgər bolidiniz güclüdürsə, onda bütün rekordları alt-üst edə bilərsiniz. Onu təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*