F.Alonso: “Sinqapurda xallar qazana bilərik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, düzlüklərin az olduğu Sinqapurda yaxşı nəticə almaq şansları çoxdur.

F-1.az xatırladır ki, britaniyalılar bu il az düzlükləri olan Macarıstan QP-dən iki bolidlə də xal alaraq ayrılmışdılar.

Fernando Alonso: “Bilirdik ki, Spa və Montsa bizim üçün çətin keçəcək. Elə də oldu, amma Sinqapurda xal qazanmağımız üçün əla şansımız var. Sinqapur Monakonu xatırladır və orada tək dövrədə çox güclü idik. Əlimizdən gələni edərək yüksək nəticə əldə etmək istəyirik. Yüksək hava temperaturu və rütubət işləri çətinləşdirir, ancaq əsas məqsədimizi itirmədən ora gedirik. Mexaniki problem yaşamasaq, xallar qazana bilərik. Trasın konfiqurasiyası bizim üçün əlverişlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*