Sauber-də Alonsonu yüksək qiymətləndirirlər

Hazırda Alfa Romeo adı altında F1-də iştirak edən Sauber 2026-cı ildən Audi-nin zavod komandasına çevriləcək və onun güc qurğularından istifadə edəcək.

F-1.az xəbər verir ki, mətbuatda gələcəkdə bu komandada çıxış edəcək sürücülərin müzakirəsi gedir və Karlos Sayns hətta özünün oraya keçməsi məsələsini təkzib etməli olub. Bu dəfə Sauber Group-un icraçı direktorunun təklifi ilə mətbuat Fernando Alonsoya diqqət ayıraraq, onun komandada yer almaq üçün namizədlər sırasında adını çəkib.

Alessandro Alunni Bravi: “Fernando 45 yaşda və ya daha böyük olsa belə, onunla müqavilə bağlamağa hazıram. Mən onu McLaren-də Stoffel Vandornun meneceri olanda yaxşı tanıdım.İşini günbəgün gördüm və deyə bilərəm ki, Fernando böyük qabiliyyətlərə malikdir və o, tamamilə işə sadiqdir.

Alonso çempiondur. Müəyyən keyfiyyətlərə malik olmadan Formula1-də iki titul qazanmaq mümkün deyil. Onun çıxışlarına baxmaqdan zövq alıram. Mən hazırkı sürücülərimizdən razıyam, lakin etiraf etməyə bilmərəm ki, Fernando ən yaxşı Formula1 pilotlarından biridir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*