F.Alonsonun maşınında yeni güc qurğusu olacaq

McLaren Honda komandasının sürücüsü Fernando Alonso Bəhreyndə yeni güc qurğusundan istifadə edəcək...

F-1.az xatırladır ki, Fernando Alonso Avstraliyada yarışın 18-ci dövrəsində Esteban Qutyerresə təmas edib və bunun n’ticəsində göydə bir neçə dəfə salto vuraraq, bariyerlərə çırpılıb. Qəzadan sonra Alonso boliddən yara almadan çıxsa da, bolidə böyük zərər dəyib/

İlk yayılan xəbərlərə görə, mühərriyə heç nə olmamışdı, amma belə görünür ki, vəziyyət heç də yaxşı deyil.

İspaniyalı sürücü növbəti yarışda yeni güc qurğusundan istifadə edəcək. Honda isə əvvəlki güc qurğusundan hər hansə bir detalı xilas etmək üçün işləyəcək.

Qeyd edək ki, sürücülər mövsüm ərzində 5 güc qurğusundan istifadə edə bilərlər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*