S.Fettel: “Düzlük sürətimiz zəifdir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel düşünür ki, SF90-ın düzlük sürəti zəifdir.

F-1.az xatırladır ki, Ferrari-nin keçən il düzlük sürəti yaxşı olsa da, Avstraliya yarışında həm Fettel, həm də Lekler problem yaşamışdılar. Red Bull şirkətinin idman məsəhətçisi Helmut Marko Ferrarinin probleminin soyutma sistemi olduğunu düşünsə də, almaniyalı sürücü bununla razı deyil: “Hər yerdə itirirdik. buraya düzlüklər də daxildir. Çox şeyi anlamadıq. Keçənilki bolidimiz çox yaxşı idi. İlin sonunda asfaltayatma qüvvəsi az olsa da, düzlüklərdə sürətli ola bilirdik. Amma builki bolid dönəglərdə yaxşı olsa da, düzlüklərdə zəifdir. Amma tam qərar vermək üçün hələ tezdir.

Yarışdan sonra Marko ilə təyyarədə dedik-güldük. Sonra Helmut yatdı. Buna görə də təhlili harada aparıb bilmirəm. Qış testlərində bolid bəyənmişdim və özümü rahat hiss edirdim. İstədiyim hər şeyi edirdi və heç nədən şikayətçi deyildim. Ancaq Avstraliyada elə olmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*