G.Berger Ferrari-nin rəhbəri olacaq?

Britaniya mıtbuatının verdiyi xəbərə görə Ferrari-nin komanda rəhbəri işinə ən böyük namizəd Gerhard Bergerdir.

F-1.az xatırladır ki, Ferrari komandasının rəhbəri Mattia Binotto vəzifəsindən istefa verib və onun yeri üçün ən ideal namizəd Frederik Vassyördür. Lakin yeni bir namizəd ortaya çıxıb -Gerhard Berger.

Avstriyalı sabiq sürücünün gördüyü işlər nəzərə alınanda bu vəzifə üçün ideal namizdlərdən biri olur. Bundan başqa Gerhard 14 mövsümlük Formula1 karyerasının 6-da Ferrari-də yarışıb. Karyerasını bitirdikdən sonra isə 2006-2008-ci illərdə Toro Rosso komandasının rəhbəri olub. Bundan sonra isə 2012-2014-cü illərdə FİA-da işləyib. O, son illərdə DTM seriyasının başında olub. Lakin DTM artıq ADAC tərəfindən idarə olunacaq və Berger bundan sonra işsiz qalacaq.

Yəni ki, Berger bu işləri bilən adamdır. Ferrari-nin də təcrübəli, savadlı və uğurlu və ciddi rəhbərə ehtiyacı var. 63 yaşlı sabiq sürücüdə bu keyfiyyətlərin hamısı var. Bəs görək Ferrari nə düşünür?

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*