21 Noyabr 2019, Cümə axşamı - 07:59

S.Markionne: “Formula E seriyası Ferrari üçün hələ maraqlı deyil”

S.Markionne: “Formula E seriyası Ferrari üçün hələ maraqlı deyil”

Müəllif: Elçin Zodorov, redaktor

16:12 - 04 Fevral, 2017

2016-cı ilin payızında Mercedes-Benz Grand Prix Ltd və Formula E Operations müqavilə imzalayıblar – Mercedes şirkəti Formula E-nin beşinci mövsümündə çıxış etmək istəyir. Müqavilənin şərtlərinə görə, alman komanda 2018-2019-cu illərdə iştirakçılardan biri olacaq.

F-1.az bildirir ki, Formula E heç də bütün böyük avtoistehsalçıların maraq mərkəzində deyil. Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, elektromobillərin yarış seriyası italyan şirkətinin diqqqətini cəlb etmir.

Sercio Markionne: “Hazırda Formula E-də istifadə olunan texnologiyalar bizim görmək istədiklərimizə uyğun deyil. Mən yarış zamanı batareyaların tutumunun kifayət qədər olmamasına görə maşnların dəyişdirilməsini nəzərdə tuturam. Formula E-də bizi cəlb edəcək nəsə tapmalıyıq. Şərait Ferrari-nin xeyrinə olacağı halda o seriyaya qoşulacağımızı istisna etmirik. Əks halda iştirak etməyəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 849
Teqlər , ,
Paylaş

logo