17 Dekabr 2018, Bazar ertəsi - 07:15

Başın mühafizə sistemi 2017-ci ildə tətbiq ediləcək?

Başın mühafizə sistemi 2017-ci ildə tətbiq ediləcək?

Müəllif: Rauf Hacıyev, redaktor

16:35 - 21 Aprel, 2016

Formula1-in yarış direktoru Çarli Uaytinq bildirib ki, bu həftəki çarpma testlərində yaxşı təsir bağışlasa, Red Bull-un təklif etdiyi sistem 2017-ci ildən etibarən istifadə edilə bilər.

F-1.az xatırladır ki, Red Bull-un hazırladığı sürücünün başının mühafizəsi sistemi Mercedes və Ferrari-nin təkmilləşdirdiyi halo sisteminə alternativ kimi düşünülürdü. FİA aprelin 6-da halonun işçi qrupu ilə iclas keçirmişdi. Bu iclasdan sonra Red Bull halodan fərqli sistemin üzərində daha sürətlə işləməyə başladı və bu sistem gələn il üçün alternativ sistem oldu.

Əgər sistem cümə günü testlərdə yaxşı təsir bağışlasa, Formula1 Komissiyası və Strateji İşçi Qrup 26 apreldəki iclasda sistemi müzakirəyə çıxaracaqlar.

Çarli Uaytinq Red Bull-un sistemi barədə danışıb: “Konsept bizə təqdim ediləndə, hələ üzərində təzə-təzə işləməyə başlayırdılar. Amma Red Bull sistemi yaxşı inkişaf etdirdi və bu həftə test edəcək.

Biz bu inkişafı gözləmirdik, amma artıq bu təşəbbüsü ciddiyə almalıyıq. Əgər yeni sistem testlərdə halo kimi yaxşı təsir bağışlasa, alternativ kimi Strateji İşçi Qrupa və F1 komissiyasına təqdim edə bilərik”.

Yeni sistem testlərdən uğurlu nəticə ilə çıxsa, aprelin 28-də Soçidə Red Bull RB12-yə montaj ediləcək və bu sistemlə sürücülər trasda 1 dövrə vuracaqlar. Daniel Rikkardo və Daniil Kvyat Red Bull-un zavodunda simulyatorda sistemi sınayıblar və hər iki sürücü də konsepti dəstəkləyib. Yeni sistemdə yan sütunlar güzgülərlə eyni xəttdədirlər və halo kimi görüntü əngəllənmir.

Xatırladaq ki, sürücünün başının mühafizəsi sistemi də digər texniki yeniliklər kimi aprelin 30-da qəbul edilməyə bilər.

Hər iki sistem də eyni yerlərdən montaj olunur, ona görə də komandalar hansını istifadə edəcəklərini bilmədən yeni şassilərini qura bilərlər. Amma aerodinamik təsirə görə son qərar çox gecikməməlidir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 514
Teqlər , , , ,
Paylaş

logo