Ferstappen Ferrari-yə keçid ehtimalından danışıb

Niderlandlı sürücünün Red Bull ilə müqaviləsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub, lakin indidən hazırkı dünya çempionundan gələcək planlar barədə soruşulur.

F-1.az xəbər verir ki, xüsusilə İtaliyanın Rossomotori nəşri Maksdan Red Bull-dan ayrıldıqdan sonra Ferrari-yə keçməyə hazır olub-olmadığı barədə fikrini öyrənib.

Maks Ferstappen: “İnsanlar məndən tez-tez soruşurlar ki, mənim heyətində çıxış etmək arzusunda olduğum komanda olub? Bilirəm ki, Ferrari-nin Formula1-də unikal tarixi var, buna görə də onlar üçün yarışmaq əla olardı. Bununla belə, bir daha xatırladıram ki, mən yalnız ən yaxşı maşını idarə etmək istəyirəm”.

İkiqat dünya çempionu 2028-ci ildən sonra F1-dən kənar variantları da nəzərdən keçirməyə hazır olduğuna işarə vurub: “Mən Le Manı və ümumilikdə dözümlülük yarışlarını sevirəm. GT3 maşınlarının Nürburqrinqdə döngələri dönməsinə baxmağı sevirəm və bunu etmək istəyirəm. Amma 40 və ya 50 yaşında yox, çünki o vaxta qədər pik formam arxada qalacaq.

Red Bull ilə müqaviləm bitəndə mənim 31 yaşım olacaq və uzun illər Formula1 yarışlarında iştirak etmiş olacam, amma yenə də böyük nailiyyətlər qazana biləcək vəziyyətdə olacağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*