21 Sentyabr 2019, Şənbə - 07:47

M.Ferstappen: “Mercedes güclüdür”

M.Ferstappen: “Mercedes güclüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

06:16 - 05 Mart, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen ilk testlərdən sonra bildirib ki, Mercedes-in üstünlüyü davam edir, amma komandası bir neçə yarışa fərqi bağlaya bilər.

F-1.az xatırladır ki, 2017-ci ildə texniki reqlamentdə çoxlu dəyişikliklər edilib və mütəxəssislər düşünürdülər ki, bu yeniliklər Mercedes-in hegemonluğunun qarşısını alacaq. Amma almanlar ilk 4 gündən sonra hamıdan çox dövrə vurublar və testlərin ən sürətli dövrəsinə imza atıblar.

“Gümüşü oxlar”ın mühərrik cəhətdən inkişaf etdiyi güman edilir və bu hal onlara ardıcıl 4-cü çempionluğu gətirə bilər.

Mercedes-in ən ciddi rəqibinin Red Bull olacağı düşünülürdü. Avstriyalıların tərəfdaşı Renault da mövsümə təkmilləşərək başlayır.

Renault bildirmişdi ki, yeni mühərrikləri 0.3 saniyə daha sürətli olacaq, amma Ferstappen bunun bəs etməyəcəyini düşünür: “Mercedes mövsümün əvvəlində bizdən üstün olacaq, anma bunu kompensə edə bilərik”.

Red Bull komandası testlər ərzində problemlər yaşadığı halda, Ferrari və Mercedes çoxlu dövrələr vurmuşdular.

Maks Ferstappen: “Bizim üçün vacib olan trasa çıxıb bacardıqca çoxlu dövrələr vurub, detalları yoxlamaq idi. Məncə, hər şey çox yaxşı işləyir. Düşünürəm ki, bizim üçün yaxşı keçdi. Bolidlə bir az vaxt keçirə bildik. Komanda ilə yeni bolidləri başa düşməyə çalışdıq. Məncə, yaxşı işlədik.

Testlərdə heç bir komanda məni təəccübləndirmədi. Hamısına çata bilərik. Digər komandalar barədə danışmaq üçün hələ tezdir. Sadəcə öz proqramımıza uyğun işlədik. Digərlərinin vəziyyəti ilə maraqlanmırq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 725
Teqlər , ,
Paylaş

logo