D.Hill: Maks bilərək etdi

Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill düşünür ki, Maks Ferstappen bilərəkdən Lyuis Həmiltona vurub.

F-1.az xatırladır ki, İtaliya yarışında iki sürücü birinci döngədə yan-yana gəlmiş və insident yaşamışdılar. Nəticədə iki sürücü də mübariəni dayandırmışdılar.

Deymon Hill: “Maks və Lyuisin qəzasına yenidən baxdım. Maks orada qəzadan qaçmalı idi. Bəlkə də, orada düşünüb ki, Həmiltonu yarışdan çıxarım. Heç bir sürücü barədə belə düşünmək istəmərəm, amma səhv hərəkət etdi ya da əvvəldən hesablanmışdı. Düzdür, bu sərt ittihamdır və heç kimi belə günahkar çıxarmaq xoşuma gəlmir. Lakin o, hazırda turnir cədvəlində liderdir. Mercedes isə burada mütləq qazanmalı idi. Qəza oldu və Maks liderliyini qorudu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*