J.Vilnöv: Həmilton bilərək etmədi

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Lyuis Həmilton rəqibi Ferstappenə bilərəkdən vurmayıb.

F-1.az xatırladır ki, iki sürücü Britaniya yarışının startında birinci yer uğrunda mübarizə apararkən, təmas ediblər və nəticədə Ferstappen mübarizəni dayandırıb. Yarışı qazanan Həmilton turnir cədvəlində lider Ferstappenlə fərqi 8-ə endirib.

Jak Vilnöv: “Lyuis vəziyyətə görə hərəkət etdi. O sürətdə gedərkən bir bolidin arxasına gələndə hava boşluğuna düşəcəyini və Maksın bolidinə doğru gedəcəyini bilməli idi. Ancaq öz ölkəsində Maksa uduzmaqdan qorxdu və riskə getdi. Məncə, başqa yarışda o döngədə ayağını qazdan çəkərdi. Buna baxmayaraq, Lyuis ona bilərək vurmadı. O, 1997-ci ildə Şumaxerin mənə etdiyini təkrarlamadı. Sadəcə bəxtini sınayırdı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*