Bəhreyn-2021: Üçüncü sərbəst yürüşlər

Saxirdəki son məşqlər ənənəvi olaraq, sakit keçib. Temperatur xeyli yüksək olub. Əsas sessiyalar daha sərin havada baş tutacaq və buna görə də, sürücülər böyük məsafələr qət etməyiblər.

F-1.az bildirir ki, əvvəl olduğu kimi, yenə də dördüncü döngədə tam trasdan çıxmağa görə nəticələr silinib. Bottas buna iki dəfə məruz qalıb. Heç kim sürətli dövrələrə cəhd etməyib, temp aşağı olub.

Lekler 20-ci dəqiqədə ikinci döngənin çıxışında yerində fırlanıb. Ondan 12 dəqiqə sonra isə Mazepin yeddinci döngədə trasdan çıxıb, lakin geri qayıdıb və proqramını davam etdirib. Fettel xoşagəlməz halla qarşılaşıb – bir neçə xırda detal maşından qoparaq dəbilqəsinə dəyib. Alman sürücü dövrələr seriyasını yarımçıq qoymalı olub.

Maks Ferstappen yenə hamıdan sürətli olub – 1:30.557. Bizi Bakı vaxtı ilə saat 19:00-da mövsümün ilk poulu uğrunda çox gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:30.577 11
2 44 Lyuis Həmilton Mercedes AMG 1:31.316 + 0:00.739 14
3 10 Pyer Qasli AlphaTauri 1:31.583 + 0:01.006 13
4 77 Valtteri Bottas Mercedes AMG 1:31.855 + 0:01.278 16
5 11 Serxio Peres Red Bull 1:31.908 + 0:01.331 11
6 55 Karlos Sayns Ferrari 1:32.108 + 0:01.531 16
7 7 Kimi Rəykkönen Alfa Romeo 1:32.224 + 0:01.647 15
8 31 Esteban Okon Alpine 1:32.423 + 0:01.846 11
9 18 Ləns Stroll Aston Martin 1:32.431 + 0:01.854 13
10 3 Daniel Rikkardo McLaren 1:32.477 + 0:01.900 12
11 16 Şarl Lekler Ferrari 1:32.482 + 0:01.905 17
12 99 Antonio Covinatsi Alfa Romeo 1:32.500 + 0:01.923 11
13 22 Yuki Tsunoda AlphaTauri 1:32.709 + 0:02.132 15
14 5 Sebastyan Fettel Aston Martin 1:32.755 + 0:02.178 15
15 14 Fernando Alonso Alpine 1:32.820 + 0:02.243 15
16 4 Lando Norris McLaren 1:32.860 + 0:02.283 10
17 63 Corc Rassell Williams 1:33.323 + 0:02.746 14
18 47 Mik Şumaxer Haas 1:33.422 + 0:02.845 14
19 9 Nikita Mazepin Haas 1:33.622 + 0:03.045 14
20 6 Nikolas Latifi Williams 1:33.959 + 0:03.382 16
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*