S.Peres: İnkişaf edə bilmədim

Red Bull komandasının sürücüsü Serxio Peres göstərdiyi performansdan narazıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü Portuqaliyadakı sıralanma turunda 4-cü olub.

Serxio Peres: “Həftəsonu ərzində göstərdiyim performansdan heç də razı deyiləm. Sıralanma turunda birinci sərbəst yürüşlərdəki nəticəmi təkrarladım. Buna görə də bəzi şeyləri araşdırmalıyam. Boliddə özümü rahat hiss etmirdim. Tras da çox çətindir. Portimaoda özümə inamım yoxdur.

Təkərlərlə bağlı ciddi problemlərin oldu. Bir neçə yaxşı dövrə vura bildim. Bəzən yaxşı sektor zamanları da tutdum, amma onları bir yerə yığa bilmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*