D.Mateşiç dünyasını dəyişib

Red Bull şirkətinin qurucusu, AlphaTauri və Red Bull Racing komandalarının sahibi Dieter Mateşiç 78 yaşında dünyasını dəyişib.

F-1.az bildirir ki, Dieter 2005-ci ildə Red Bull-un Formula1-ə gəlməsində böyük rol oynamışdı. Avstriyalı rəhbər Formula1-i çox sevirdi və buna görə də iki komanda satın almışdı. Mateşiç o dövrlər Jaguar və Minardi-ni almış və indiki dövrdəki Red Bull ilə Alphatauri-yə çevirmişdi.

Mateşiçin hekayəsi belə olmuşdu: Taylandda diş məcunu satarkən, təyyarə yorğunluğu (jetlaq) üçün yaxşı olan Krating Daeng adında enerji içkisini tapır. Mateşiç bu içkinin yaradıcısı Çaleo Yovidya ilə tanış olur və ortaqlığa başlayırlar. Daha sonra taylandlı enerji içkisini qərbə inteqrasiyə edərək, Red Bull adlı enerji içkisini yaradırlar. Şirkət qısa zamanda öz bazarının liderinə çevrilir.

Mateşiç Formula1-i sevdiyi üçün öz şirkətini də orada gömrək istəyir. Red Bull ilk dəfə 1995-ci ildə Qerhard Bergerin sponsoru olaraq Formula1-də debüt edir. Daha sonra isə Sauber komandasının 60 faizini alırlar. Lakin daha sonra Sauber rəhbərliyi ilə Dieterin arası dəyir və ortaqlıq 2001-ci ildə pozulur. İki şirkətin arasının dəymə səbəbi isə Sauber rəhbərliyinin Enrike Bernoldini yox, Kimi Rəykköneni seçməsi olmuşdu.

Mateşiç bundan sonra 2004-cü ilin noyabr ayında Jaguar Racing komandasını Ford-dan sadəcə 1 dollara satın alır və komandanın adını Red Bull Racing qoyur.

Bundan bir il sonra isə Minardi komandasını Pol Stoddartdan alaraq, adını Scuderia Toro Roso edir. Bu isə İtaliya dilində Red Bull deməkdir.

Red Bull komandası 2010-2013-cü illərdə ardıcıl 4 dəfə həm Sürücülər, həm də Mühındislər Çempionatının qalibi olub. Bundan başqa 2021 və 2022-ci illərdə də Ferstappenlə Sürücülər Kuboku qazanılıb.

Mateşiç Avstriyadakı Red Bull Ring trasının da sahibi idi. Dieter bu trası 2001-ci ildə adı A1-Ring olarkən almışdı. 2011-ci ildə trasın adı Red Bull Ring olmuş, 2014-cü ildə isə Formula1 təqviminə yenidən daxil edilmişdi.

Mateşiç avtoidmandan başqa futbola da maraqlı göstərirdi və futbol klubları da satın aldı. Avstriyadakı Salzburq, Amerikadakı Nyu York MetroStars komandalarını satın almışdı. O, MetroStars komandasının adını Nyu york Red Bulls olaraq dəyişmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*