P.Monaqan: Problemlər Bakıda davam edə bilər

Red Bull komandasının baş mühəndisi Pol Monaqan bildirib ki, Bakıda DRS problemlərini həll edə bilərlər.

F-1.az xatırladır ki, Maks Ferstappen İspaniya yarışında DRS-yə görə problemlər yaşamışdı. Komanda bu problemi həll etmək üçün çox işləyib.

Pol Monaqan: “Düzünü desəm, DRS problemi öz-özünə əmələ gəldi. Ancaq dərs aldıq. Mütəxəssislərin araşdırmalarından və yoxlamalarından sonra rahat nəfəs aldıq. Qısa müddətdə əla iş gördülər. Ancaq hər şey trasdan-trasa dəyişir.

İspaniyada öyrəndiklərimə güvənirəm. Xoşbəxtəm. Buna görə mıyus olduq. Ancaq indi yolumuza davam edirik.

Bakıda fərqli problemlər üzə çıxa bilər. Monakoda DRS açanda 160 km/saat sürətlə gedirsiniz. Bakıda isə 300 km/saatla. Problem qanaddakı ağırlıq yükü yox, aero yüküdür. Buna görə də Monakoya güvənmək axmaqlıq olar. Ancaq indiyə kimi hər şey yaxşı işlədi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*