K.Horner: Pereslə danışıqlara başlayacağıq

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, tezliklə Pereslə danışıqlara başlayacaqlar.

F-1.az xatırladır ki, meksikalı sürücü bu mövsüm Red Bull-da ilk mövsümünü keçirsə də, qənaətbəxş nəticə göstərib. 104 xal toplayaraq 3-cü yerdə qərarlaşan Peresin, Red Bull ilə artıq 1-i qələbə olmaqla 2 podiumu var.

Kristian Horner: “Çekonun gördüyü işdən razıyıq. Buna görə də vaxtı gələndə onunla danışacağıq. Sözün açığı, yay tətilinə qədər bəzi yarışlarımız var. Onun performansından və yığdığı xallardan razıyıq. Danışıqların uzun gedəcəyini düşünmürəm. Hər şeyi doğru zamanda etmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*