Kanada-2018: Yarış

Jil Vilnöv adına tras mövsümün ilk hissəsində ən maraqlı traslardan biridir. Burada ilk dəfə asfaltayatma qüvvəsinə çox ehtiyac duyulmur və ilk dəfə mühərriklərə böyük yeniliklər edilir. Kanada yarışına qədər bu mövsüm üç sürücünün iki qələbəsi var idi. Sebastyan Fetteli 14, Daniel Rikkardonu isə 38 xal qabaqlayan Lyuis Həmilton Monreala çempionatın lideri kimi gəlib.

F-1.az bildirir ki, motorçular ənənəvi olaraq Kanada Qran Prisindən əvvəl mühərrikləri yeniləyiblər. Ferrari, Renault və Honda-nın müştəriləri mövsümdə ikinci güc qurğularını alıblar. Mercedes-in mühəndisləri isə motorun etibarlılığı probleminə görə yenilənmələri son anda Fransa Qran Prisinədək təxirə salıblar. Həm Mercedes-in, həm də müştəri komandaların sürücüləri Melburndan bəri istifadə etdikləri motorlarla yarışmalı olublar.

Bu amil qüvvələr nisbətinə öz təsirini göstərib. Mercedes-in buradakı üç illik dominantlığından sonra bu dəfə bütün sərbəst yürüşlərdə Ferstappen hamıdan sürətli olub, poulu isə Sebastyan Fettel qazanıb. Start düzümündə birinci cərgəni Fettel və Bottas, ikinci cərgəni Ferstappen və Həmilton, üçüncü cərgəni isə Rəykkönen və Rikkardo zəbt ediblər.

Pirelli Monreala ən yumşaq üçlüyü – SuperSoft, UltraSoft və HyperSoft təkərləri gətirib. Ferrari və Mercedes sürücüləri sıralanma turunun ikinci sessiyasında UltraSoft-larla nəticə göstərdikləri üçün elə bu tərkiblə start alıblar.

Fettel startda mövqeyini verməyib, Ferstappen Bottasa hücum edib, lakin finlandiyalı sürücü ikinci yerdə qalıb. Rikkardo Rəykköneni ötüb. Stroll və Hartli toqquşublar – hər iki sürücü mübarizəni dayandırıb. Təhlükəsizlik Maşını trasa çıxıb.  TM arxasında ilk onluq: Fettel – Bottas – Ferstappen – Həmilton – Rikkardo – Rəykkönen – Okon – Hülkenberq – Sayns – Peres.

Eriksson və Vandorn erkən pit-stop etməli olublar. Beşinci dövrədə restart elan olunub. Fettel yenə liderliyini qoruyub. Peres ikinci döngənin girişində Saynsla təmas yaşayıb və otluğa düşərək xeyli yer itirib. Meksikalı sürücü 10-cu dövrədə pit yoluna üz tutub. Pit-stop dalğası başlayıb – iki dövrə sonra Okon, 14-cü dövrədə Hülkenberq, 15-ci dövrədə Sayns, 17-ci dövrədə Ferstappen və Həmilton, 18-ci dövrədə isə Rikkardo təkərlərini dəyişiblər. Daniel trasa Lyuisin önündə qayıdıb. Lyuisin maşınının motoru çox qızdığından, pit-stop zamanı mexaniklər bəzi elementlləri qapqa əvəzi açmalı olublar.

Alonso 19-cu, Lekler 20-ci,  Maqnussen 23-cü, Qasli isə 24-cü dövrədə pit-stopa yollanıb. Hülkenberq və Sayns Qrojanı qabaqlayıblar. Vandorn 17-ci yer uğrunda mübarizədə Erikssonu üstələyib. Rəykkönen 33-cü dövrədə təkərlərini dəyişib və trasa Həmiltonun düz arxasında qayıdıb. Liderlərdən Bottas 37-ci, Fettel isə 38-ci dövrədə pit-stop ediblər. 42-ci dövrədə Alonso güc qurğusundakı problemə görə yavaşlayıb, lakin maşını boksa çatdıra bilib.

50-ci dövrədə Okon pit-stop etməmiş Qrojanı ötüb, Haas sürücüsü nəhayət ki, pit-stopa yollanıb. 51-ci dövrədə ilk onluq: Fettel – Bottas – Ferstappen – Rikkardo – Həmilton – Rəykkönen – Hülkenberq – Sayns – Okon – Lekler.

Bottas dövrəvi sürücü olan Saynsı keçərkən səhvə yol verib və 2 saniyə itirib, lakin yerini qoruyub. Həmilton son dövrələrdə Rikkardo ilə fərqi azaldıb, lakin sürət fərqi hücum üçün kifayət etməyib. Yarışın sonunda damalı bayraq səhvən bir dövrə tez dalğalanıb. Reqlamentə uyğun olaraq protokollar 68-ci dövrənin sonu üçün götürülüb.

Sebastyan Fettel bu mövsüm üçüncü, karyerasında isə 50-ci qələbəsini qazanıb. O, sürücülər çempionatında da yenidən liderliyə yüksəlib. Yarışı liderlə eyni dövrədə yalnız top komandaların sürücüləri başa vura biliblər. Çempionat yenidən Avropaya qayıdır və mübarizə iki həftə sonra Fransada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 5 Sebastyan Fettel Ferrari 1:28.31.377 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:07.376 1
3 33 Maks Ferstappen Red Bull + 0:08.360 1
4 33 Daniel Rikkardo Red Bull + 0:20.892 1
5 44 Lyuis Həmilton Mercedes AMG + 0:21.559 1
6 7 Kimi Rəykkönen Ferrari + 0:27.184 1
7 27 Niko Hülkenberq Renault + 1 dövrə 1
8 55 Karlos Sayns Renault + 1 dövrə 1
9 31 Esteban Okon Force İndia + 1 dövrə 1
10 16 Şarl Lekler Sauber + 1 dövrə 1
11 10 Pyer Qasli Toro Rosso + 1 dövrə 1
12 8 Roman Qrojan Haas + 1 dövrə 1
13 20 Kevin Maqnussen Haas + 1 dövrə 2
14 11 Serxio Peres Force İndia + 1 dövrə 1
15 9 Markus Eriksson Sauber + 2 dövrə 1
16 2 Stoffel Vandorn McLaren + 2 dövrə 2
17 35 Sergey Sirotkin Williams + 2 dövrə 1

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:13.864 (65-ci dövrə, 212.547 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso McLaren 40 güc qurğusu
Brendon Hartli Toro Rosso 1 qəza
Ləns Stroll Williams 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 121
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 120
3 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 86
4 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 84
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 68
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 50
7 14 Fernando Alonso McLaren F1 Team 32
8 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 32
9 55 Karlos Sayns Renault Sport Formula 1 Team 24
10 20 Kevin Maqnussen Haas F1 Team 19
11 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 18
12 11 Serxio Peres Sahara Force İndia F1 Team 17
13 31 Esteban Okon Sahara Force İndia F1 Team 11
14 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 10
15 2 Stoffel Vandorn McLaren F1 Team 8
16 18 Ləns Stroll Williams Martini Racing 4
17 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 2
18 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 206
2 Scuderia Ferrari Ferrari 189
3 Aston Martin Red Bull Racing Renault 134
4 Renault Sport Formula 1 Team Renault 56
5 McLaren F1 Team Renault 40
6 Sahara Force İndia F1 Team Mercedes 28
7 Red Bull Toro Rosso Honda Honda 19
8 Haas F1 Team Ferrari 19
9 Alfa Romeo Sauber F1 Team Ferrari 12
10 Williams Martini Racing Mercedes 4
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*